Ermənistan olmasa, KTMT dağılacaq? - Lukaşenko

25 Fevral 2024 13:18 (UTC+04:00)

Belarus Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara tamamilə sakit reaksiya verir. SİA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o dağılmayacaq, məhv olmayacaq”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik rəsmi məlumat verilməyib