Laçın yenidən ağ örpəyə bürünür

25 Fevral 2024 01:22 (UTC+04:00)

Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb. Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir.

Yenidən ağ örpəyə bürünən Laçından kadrları təqdim edirik.