Tiktoker Danya Miloxin Rusiyaya qayıtmaq istədiyir

24 Fevral 2024 20:47 (UTC+04:00)

Tiktoker Danya Miloxin boksdakı son qələbəsindən sonra Dubaydan Rusiya telekanalı ilə əlaqə saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, blogger “Mövzu var!” verilişinin efirində ilk döyüşündə rəqibini necə asanlıqla məğlub etməyi bacardığını danışıb.

Miloxin döyüşə üç aydan çoxxhazırlaşdığını da gizlətməyib.

Öz növbəsində aparıcı Yevgeni Anisimov bloggeri gənclərlə işləmək üçün vətəninə qayıtmağa çağırıb.

Buna cavab olaraq Miloxin gözlənilmədən Rusiyaya məmnuniyyətlə qayıdacağını bildirib.

Lakin onun sözlərinə görə, bunun üçün çoxlu maneələr var. ...Qorxuram ki, məni birtəhər saxlasınlar, harasa göndərsinlər, uçmaqda problem var,- deyən tiktoker vətənə qayıtmaq barədə düşünməyə başladığını əlavə edib.

...Tezliklə məni gözləyin! Mən qayıdacağam”

Miloxin dyib bunu.

Xatırladaq ki, Miloxinin iştirakı ilə döyüş Dubayda keçirilən Alpha Fight Series turniri çərçivəsində baş tutub. Onu da xatırladaq ki, Miloxinin rəqibi hindistanlı bloger Ajmal Xan olub.

Nazlı