Arbenina daha bir konsertin ləğvindən qəzəblənib

24 Fevral 2024 19:56 (UTC+04:00)

Ötən il müğənni Diana Arbenina konsertlərinin ləğvi ilə üzləşmişdi. Deyəsən, bu davamlı hala çevrilməkdəir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, "Gecə Snayperləri" qrupunun Yujno-Saxalinsk və Vladivostokdakı konsertləri yenə ləğv edilib.

Bunun üçün yerli səlahiyyətlilər, təbii ki, yuxarıların göstərişi ilə min cür bəhanə gətirirlər.

news.ru-ya yazdıqlarına görə, müğənni bu qanunsuzluğu hesab edir və artıq konsert verməli olsa belə, susmaq fikrində deyil.

Nazlı