Rusiyanın Xalq artisti Alla Puqaçovanın "P.S." adlı yeni albomunun premyera tarixini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin səs prodüseri Anatoli Lopatin "Shot" teleqram kanalına bununla bağlı açıqlama verib. O bildirib ki, albom martın 1-də işıq üzü görəcək və ifaçı klassik mahnılarının canlı versiyalarını sevənlərinin ixtiyarına verəcək.
Treklər hələ 2019-cu ildə müğənninin 70 illik yubileyinə həsr olunmuş Kremldə keçirilən solo konsertində qeydə alınıb. Ümumilikdə, sənətçinin pərəstişkarlarını 20 kompozisiya, o cümlədən "Мой друг", "На землю выпала роса", "Соловушка" kimi klassik mahnıları gözləyir.
Puqaçovanın Rusiyanı tərk etməzdən əvvəl yazdırdığı 3 yeni mahnı isə diskdə yer alamayacaq.