Ankara Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə inanır

24 Fevral 2024 12:00 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) zaman keçdikcə Ukrayna ilə Rusiya arasında münaqişənin diplomatik yolla həlli üçün əlverişli şəraitin yaranacağına əminliyini ifadə edib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

“Ukraynada müharibənin artıq ikinci ilidir. Bu ölkəyə dağıdıcı təsir artır. İnanırıq ki, zaman keçdikcə diplomatik münasibətləri bərpa etmək üçün əlverişli şəraitin yaranacaq”, - məlumatda vurğulanıb.