Bakıda yeniyetmə qız itkin düşüb

24 Fevral 2024 10:06 (UTC+04:00)

Bakıda 16 yaşlı qız itkin düşüb. SİA-nın məlumatına görə, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.