Çində baş verən yanğında 15 nəfər ölüb

24 Fevral 2024 08:38 (UTC+04:00)

Çinin şərqindəki Szyansu əyalətinin Nankin şəhərində cümə günü səhər saatlarında baş verən yanğında 15 nəfər ölüb, 44 nəfər yaralanıb. SİA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.