Bayden administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar elan edib

23 Fevral 2024 22:20 (UTC+04:00)

Artıq qeyd edildiyi kimi, ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, Ağ Evin sözçüsü Con Kirbi bildirib bunu.

Onun sözlərinə görə, fevralın 23-də tətbiq edilən sanksiyalar “yalnız başlanğıcdır”.

Rəsmi Vaşinqtonun konkret hansı tədbirləri hazırladığını açıqlamayıb.

Fevralın 23-də ABŞ Maliyyə Nazirliyi Xarp kəndindəki islah koloniyasının rəisi Vadim Kalininə, Federal Penitensiar Xidmətin direktor müavini Valeri Boyarinevə və Federal Penitensiar Xidmətin rəhbərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları cümə günü Rusiya ilə əlaqəli 500-dən çox hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Nazlı