Xəzər dənizində zəlzələ olub

23 Fevral 2024 20:10 (UTC+04:00)

Xəzər dənizində maqnitudası 3,0 olan zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ saat 18:51-də qeydə alınıb. Zəlzələnin ocağı 65 kilometr dərinlikdə yerləşib.