Türkiyə yanvar ayında 2 milyon 47 min 27 xarici ziyarətçi qəbul edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ölkənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2023-cü ili turizmdə rekordla bağlayan Türkiyədə yanvar ayında əvvəlki ilin eyni ayına görə xarici qonaq sayında 2,05 faiz artım olub. Belə ki, 2024-cü ilin yanvar ayında Türkiyəyə 2 milyon 47 min 27 əcnəbi gəlib.
Türkiyə 2023-cü ildə 56,7 milyon qonaq və 54,3 milyard dollar gəlir əldə edib. Bir turistin gecəlik ortalama xərcləri 99 dollar olub.