39 yaşlı aktrisanın 35 yaşlı həmkarı ilə sevgili olduğu üzə çıxdı - FOTOLAR

23 Fevral 2024 02:31 (UTC+04:00)

39 yaşlı aktrisa Birce Akalayın 35 yaşlı həmkarı Hakan Kurtaşla sevgili olduğu üzə çıxıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir sevgili olduqlarını gizlətməyə çalışan ulduzlar fevralın 14-də Beyoğludakı bir kinoteatrda əl-ələ tutaraq film izləyərkən görüntüləniblər.

Məşhurlar çıxan xəbərlər barədə hələlik heç bir açıqlama verməyiblər.