ABŞ-ın Tafts Universitetinin alimləri müəyyən ediblər ki, qida rasionunda bitki zülalının nisbətinin artırılması ürək və damar xəstəlikləri, xərçəng, şəkərli diabet, demans və psixi pozğunluqların inkişaf riskinin azalması ilə əlaqələndirilir.
SİA-nın əldə etdiyi məlumata görə, nəticələr The American Journal of Clinical Nutrition jurnalında dərc olunub.
Qeyd edilir ki, 1984-2016-cı illər arasında davam edən araşdırmada 48 minə yaxın qadın iştirak edib. Onlar elm adamlarına müxtəlif qidaların istehlak tezliyini qeyd edən öz-özünə pəhriz hesabatları təqdim ediblər. Bildirilir ki, tədqiqatın əvvəlində iştirakçılar 38-59 yaş arasında olub. Tədqiqatçıların sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra məlum oldu ki, daha çox bitki zülalı, meyvə, tərəvəz və tam taxıl qəbul edənlərdə psixi pozğunluqlar, xərçəng, şəkərli diabet, demans və ürək-damar xəstəliklərinə daha az rast gəlinir.
Bitki mənşəli protein mənbələrinə qoz-fındıq, paxlalılar, dənli bitkilər və Tofu pendiri daxildir.
Tədqiqatçılar hesablayıblar ki, əsasən bitki mənşəli zülal qəbul edən qadınların yaşlandıqca ciddi xroniki xəstəliklər və digər psixi eləcə də fiziki sağlamlıq problemlərinin inkişaf riski 46 faiz azalır. Heyvan zülalları ilə zəngin qidalar yeyənlərin sağlam qalma ehtimalı 6 faiz az idi.
Tədqiqatçıların fikrincə, bitki mənşəli zülal mənbələrinin faydası onların yüksək səviyyədə pəhriz lifi, mikroelementlər və polifenollar adlanan faydalı birləşmələrdir. Pəhriz lifi həzm üçün faydalıdır və polifenollar hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruya bilər.
Nazlı