…Teleaparıcı Yelena Xanqa ABŞ-a köçməyi planlaşdırdığını, lakin sonda Rusiyada qalmağa qərar verdiyini bildirib. O, mühacirətdən imtina etməsini RTVI televiziya kanalına verdiyi müsahibədə izah edib.
Aparıcının sözlərinə görə, 1990-cı illərdə o, ABŞ-a köçməyə hazırlaşırdı və artıq harada və kiminlə işləyəcəyini də bilirdi. Lakin Xanqa gələcək əri ilə tanış olduqdan sonra planlarını dəyişdi.
…Həyat yoldaşım əvvəldən çox qəti şəkildə dedi ki, Rusiyanı heç yerə tərk etməyəcək və sevimli Moskvada yaşayacaq. Seçim belə idi: evlənmək istəyirsənsə, Moskvaya köç. Mən məhz bunu etdim.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu teleaparıcı bildirib.
Xanqa əlavə edib ki, 1990-cı illərdə Rusiyada qalmaq qərarına görə peşman deyil. Daha əvvəl 1980-ci illərdə ABŞ-da təhsil almış Xanqa Moskva ilə Nyu-Yorkun oxşarlığından danışmışdı.
Aparıcı qeyd edib ki, hər iki şəhərin sakinləri həmişə tələsirlər.
Nazlı