Prezident və xanımı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib

22 Fevral 2024 15:15 (UTC+04:00)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. SİA-nın məlumatına görə, əklil mərhum yazıçının məzarı üstünə qoyulub.

Qeyd edək ki, M.Süleymanlı fevralın 21-də vəfat edib. Xalq yazıçısı bu gün Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.