Azərbaycanda bu kriptobirjaların girişi məhdudlaşdırıldı

22 Fevral 2024 12:17 (UTC+04:00)

Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırılıb. Bu barədə SİA-ya Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

"Qanunvericiliyin tələblərinə əsasən, “OKX” və “ByBit” kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır", - məlumatda deyilir.