Çuxur iki nəqliyyat vasitəsini belə hala saldı

22 Fevral 2024 11:23 (UTC+04:00)

İtaliyanın Neapol şəhərində kanalizasiya borularının çökməsi nəticəsində yolda qəflətən çuxur əmələ gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə iki maşın nəhəng çuxura düşüb. Yanğınsöndürənlər sıxışan 2 nəfəri xilas etmək üçün böyük səy göstərib. Çuxura düşən maşınlardan biri hərəkətdə olub.

Çuxurun kanalizasiya və yeraltı su borusunun uçması nəticəsində meydana gəldiyi ehtimal edilir.