Azərbaycan qlobal arenada beynəlxalq hüququ və ədaləti qətiyyətlə müdafiə edir - MM SƏDRİ

22 Fevral 2024 10:39 (UTC+04:00)

Azərbaycan qlobal arenada beynəlxalq hüququ və ədaləti qətiyyətlə müdafiə edir. SİA xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fələstin məsələsində Azərbaycanın mövqeyi prinsipial və ardıcıldır: "Azərbaycan bu məsələnin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında həllini qətiyyətlə dəstəkləyir".