Azərbaycanın basketbol millisi bu gün İsveçrənin qonağı olacaq

22 Fevral 2024 09:27 (UTC+04:00)

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.