“Beatles” haqqında film çəkiləcək

22 Fevral 2024 08:38 (UTC+04:00)

Məşhur “Beatles”in dördülüyü haqqında bioqrafik çəkiləcək. SİA xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Bildirilib ki, bioqrafik film qrupun üzvləri olan Pol Makkartni, Con Lennon, Corc Harrison və Rinqo Stara həsr olunacaq. Filmin rejissorunun Sem Mendes olacağı qeyd olunub. Yayım şirkəti ekran işinin 2027-ci ildə təqdim olunacağını bildirib.