Aktrisa Selen Soyderə ağır itki üz verib - FOTO

22 Fevral 2024 06:39 (UTC+04:00)

Aktrisa Selen Soyderə ağır itki üz verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ulduzun uzun müddətdir xərçənglə mübarizə aparan anası Behice Yazıcı vəfat edib. Məşhurun anası bu gün İzmirdə cənazə namazından sonra torpağa tapşırılıb.

Anasını itirən kino ulduzu kədərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb: "Anam Behice Yazıcı məni və atamı tərk etməli oldu, 8 illik çətin mübarizədən sonra. Bütün sevdiklərinə və onu sevənlərə başsağlığı verirəm".