Əhaliyə XƏBƏRDARLIQ - Fevralın 25-i 18:00-dan 27-dək...

22 Fevral 2024 01:30 (UTC+04:00)

Bakıda fevralın 25-dən 27-dək zəif geomaqnit qasırğa mövcud olacaq. SİA xəbər verir ki, bu barədə meteofor saytında qeyd olunub.

Saytda yayımlanan cədvəldən görünür ki, qasırğa fevralın 25-i saat 18:00-dan başlayaraq fevralın 27-sinədək davam edəcək.

Qasırğa həmin gün saat 18:00-dan etibarən sənigiməyə başlayacaq.

Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir.