“Neftçi”nin futbolçusu müalicə prosesindən sonra evə buraxılacaq

21 Fevral 2024 17:00 (UTC+04:00)

“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizov bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, AFFA U-15 Liqasının XV turunda “Ulduz Mingəçevir”lə keçirilən oyunda zədələnən qapıçı hazırda özünü yaxşı hiss edir. “Ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı əməliyyat keçirən qolkiperin vəziyyətinin stabil orta olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, “Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.