19 min mal-qara olan gəmidə dəhşətli mənzərə

21 Fevral 2024 15:05 (UTC+04:00)

Cənubi Afrikanın Keyptaun limanında lövbər salan, lakin şəhərdəki pis qoxuya səbəb olduğu iddia edilən diri mal-qara daşıyan gəmi ötən gecə limanı tərk edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gəmiyə baxış keçirən yardım təşkilatı diri heyvanların daşınmasında amansızlığı üzə çıxarıb.

Cənubi Afrikanın heyvanların rifahı üçün çalışan ən böyük və ən qədim qeyri-hökumət təşkilatı olan NSPCA Keyptaundakı pis qoxudan məsul tutduğu diri mal-qara daşıyan gəmini yoxlayıb və qoxunun gəminin yola düşməsi ilə bitdiyini açıqlayıb, lakin diri heyvanların daşınmasında qəddarlıq davam edir.