İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə “Adalia Agency”nin təşkil etdiyi “Sahibkarlıqda Media” Forumu keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikası himninin səsləndirilməsi və vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sahibkarlığın Azərbaycanda inkişafı, Heydər Əliyev və İlham Əliyevin sahibkarlıq üçün yaratdığı şəraitlə bağlı qısa videoçarx nümayiş etdirilib.
"Oba" marketlər şəbəkəsinin idarə heyətinin üzvü Hikmət Əliyev, ATUİAB sədri Ruslan İmanzadə, "Zəfəroğlu İnşaat" şirkətinin qurucusu sahibkarlıqla bağlı məlumatlar və motivasiyaedici çıxışlar ediblər.