"Survivor All Star"ın 4 iştirakçısına cəza verildi

21 Fevral 2024 06:38 (UTC+04:00)

"Survivor All Star"ın dünən axşam yayımlanan buraxılışında yarışmaçılar cəzalandırılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "TV8" telekanalında yayımlanan "Survivor All Star”da yarışmaçılar arasında gərginlik bir an belə azalmır. Dünən axşam yayımlanan buraxılışda müzakirələrə qatılan Bozok, Seda, Hakan və Ögeday cəzalandırılıb.

Yarış iştirakçılarının aldıqları cəzaları açıqlayan Acun Ilıcalı Hakana 2, Bozoka 2, Ögeday və Sedaya isə 2 mükafat cəzası verildiyini bildirib. Digər tərəfdən dünən yayımlanan bölümdə Mustafa Kamalla Sercan arasında da dava düşüb. Oyun meydançasında Mustafa Kamala "Bir daha belə olsa, yollarımızı ayırarıq” deyərək xəbərdarlıq edən Ilıcalı, ikinizə də iki mükafat cəzası verirəm deyə bildirib.