Rusiya Ədliyyə Nazirliyi “Azad Avropa/Azadlıq” radiosu korporasiyasını ölkədə fəaliyyəti arzuolunmaz kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına əlavə edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə fevralın 20-də idarənin saytındakı materiallara istinadən xəbər verilib.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq korporasiyanın fəaliyyətini arzuolunmaz hesab etmək qərarına gəlib.
Qeyd edildiyi kimi, Baş Prokurorluq radiostansiyanın Rusiyadakı fəaliyyətini arzuolunmaz kimi tanımaq barədə qərarı 2 fevral 2024-cü ildə qəbul edib.
Hazırda Rusiyanın “arzuolunmaz şəxslərin” reyestrində 142 təşkilat var. Reyestrə Rusiya hakimiyyətinin fikrincə, fəaliyyəti ölkənin konstitusiya quruluşunun əsaslarına, təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan təşkilatlar daxildir. Siyahıya daxil edilməsi o deməkdir ki, təşkilatın ölkədə fəaliyyət göstərməsi qadağandır, Rusiya vətəndaşlarına isə cinayət təqibi təhlükəsi altında onunla əməkdaşlıq etmək qadağandır.
Nazlı