Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb

19 Fevral 2024 11:50 (UTC+04:00)

Astarada 60 yaşlı qadını ağır tonajlı yük avtomobili vurub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.