Tanınmış aktrisa 81 yaşında öldü

19 Fevral 2024 04:44 (UTC+04:00)

Türkiyəli aktrisa Sevda Ferdağ 81 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, "Yeşilçam" ulduzlarından olan Ferdağ Cihangirdəki evində vəfat edib. O, uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. Ferdağ 2009-cu ilədək 150 filmə çəkilib.

Qeyd edək ki, aktrisanın ən çox tanınan filmi "Kapıcılar Kralı"dır. O, bu filmdə mərhum Kemal Sunalla birlikdə rol alıb.