Hindistanda əsas müxalifətçi Hindistan Milli Konqresi Partiyası ümumi seçkilərə aylar qalmış bank hesablarının dondurulduğunu iddia edib. SİA xəbər verir ki, Milli Konqres Partiyası 4 əsas bank hesabının dondurulması ilə bağlı bəyanat yayıb.
Hesabların Gəlir Vergisi Departamenti tərəfindən “əsassız səbəblərlə” dondurulduğu iddia edilən açıqlamada hesabların və maaşların ödənilə bilməyəcəyi və bu vəziyyətdən bütün siyasi fəaliyyətlərin təsirlənəcəyi vurğulanıb.
Konqres Partiyasının lideri Mallikarjun Kharqe bank hesablarının dondurulmasını "demokratiyaya hücum" kimi qiymətləndirsə də, hökumət və Gəlir Vergiləri Departamenti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Sözügedən əməliyyatın 2018-2019-cu il dövrünün gəlir vergisinin 45 gün gec bəyan edildiyi üçün edildiyi iddia edilir.
Hindistanda 2024-cü il ümumi seçkiləri üçün səsvermənin apreldə başlanacağı və may ayında başa çatacağı gözlənilir.