Kreml Mərkəzi Asiyada əsas müttəfiqini itirir…

16 Fevral 2024 11:24 (UTC+04:00)

...Bu arada Özbəkistan hakimiyyəti 2024-cü ilin əvvəlinə 11 mindən çox Rusiya vətəndaşı və şirkətinin daxil olduğu Rusiya Federasiyasına qarşı Qərb sanksiyalarına qoşulmaq qərarına gəlib.

“Vedomosti” yazır ki, ölkə parlamentinin qərarı ilə ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün banklara “qara siyahı”da olan fiziki və hüquqi şəxslərin vəsaitləri ilə hər hansı maliyyə əməliyyatı aparmaq qadağan edilib.

Qeyd edək ki, Özbəkistan parlamentinin mətbuat xidməti qəbul edilən qanun layihəsində Çexiya, Latviya və Estoniyanın sanksiya təcrübəsi nəzərə alındığını bildirib.

Onu da qeyd edək ki, Özbəkistan Milli Bankı artıq “bank sektorunda sanksiyalara uyğunluq sisteminin səmərəliliyini” artıracaq əlavə səlahiyyətlər alıb.

Xatırladaq ki, Özbəkistanın Qərbə dönüşü Rusiyadakı rəy liderlərinin ölkə ərazisinin işğalının zəruriliyi ilə bağlı mübahisəli bəyanatlarından sonra güclənib.

Belə ki, Putin tərəfindən mükafatlandırılan yazıçı Zaxar Prilepin Rusiya Federasiyasına qonşu olan, vətəndaşları Rusiyaya işləmək üçün gələn ölkələri ələ keçirməyə çağırıb.

…Və bu sözlərdən sonra Daşkənd Moskvadan izahat tələb edib.

Daha sonra isə Rusiya Xarici İşlər Nazirliyi Özbəkistan səfirinə zəng edib.

Bilirsiniz niyə?

…Çünki, rus səlahiyyətlilərinin zənginə səbəb Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Şerzodxon Kudratxojayevin rusların yaşadıqları ölkələrin dillərini öyrənmək istəməməsi ilə bağlı sözləri olub.

Nazlı