Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

15 Fevral 2024 16:47 (UTC+04:00)

12.02.2024-cü il saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, yeniyetmədə 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:

"Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub.

Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.

Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.

Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasion tədbirlər nəticə verməyib.

Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmamazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd edilir".