Bu gün dövlət başçısı İlham Əliyevin sərancamı ilə Qarabağ Universitetinə 10 milyon manat ayrılıb. SİA mövzuyla bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Qarabağ Universitetinin yaranması mühim addımdır: "Bu universitet dövlət başçısının sərancamı əsasında yaradıldı. Bura qədər həmin Universitetin ermənilər tərəfindən tikinti infrastruktur baxımından çoxlu sayda zərər görməsi, dövlət büdcəsindən onun bərpa olmasına müvafiq yardım ayrılmalıydı və bu edildi. Eyni zamanda orada laboratoriya şəraitinin, tələbə yataqxanasının yaxşılaşdırılması, kitabxanaların formalaşdırılması və qarşıdakı dövr ərzində bu il orda təhsil alan tələbələr, dövlət hesabına təhsil alacaqlar. Bütün bunlar onu deməyə əsas verir ki, o Universitet yaxın gələcək üçün deyil, qarşıdakı dövr üçün qarşısında mühim məsələlər qoyulub. Orda rəhbər olunacaq şəxs və eyni zamanda çalışacaq akademik müəllim, professor sıradan şəxslər olmayacaqlar. Təbii onun əmək haqqlarının qarşılanması və orada qalmaları, yaşamaları və s. bunlar hamısı məhz bu proses içərisində nəzərə alınır".