Marsia Kross Fələstinlə bağlı paylaşım etdi

13 Fevral 2024 22:16 (UTC+04:00)

Dünya şöhrətli amerikalı aktrisa Marsia Kross Fələstində baş verənlərlə bağlı paylaşım edib.
SİA-nın əldə etdiyi məlumata görə, rəsmi ''İnstagram'' səhifəsində açıqlama verən Marsia Kross insanların
Qəzza və Fələstində baş verən hadisələrlə bağlı səssiz qalmasına görə kədərləndiyini bildirib.
Marsia Kross paylaşımında bu ifadələrə yer verib:“Gözləri yaşarmayan, ürəyi sıxılmayan, səssiz qalan insanlar arasında necə yaşaya biləcəyimi başa düşə bilmirəm”.
Məşhur aktrisa Fələstində yaşanan dəhşəti olayları ifadə etməyə söz tapa bilmədiyini qeyd edib.