Müğənni Lolita Milyavskayanın Rusiyadakı yubiley turnesi tamamilə ləğv ediləcək.
SİA xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Martın 21-də Yekaterinburqda Lolitanın çıxışları olmayacaq. Bundan başqa, Novosibirsk, Omsk və Kurqanda da konsertlər ləğv edilib. Çelyabinsk, Krasnoyarsk və İrkutskda da şouların keçirilməyəcəyi gözlənilir. Biletlərin geri qaytarılması ilə bağlı tamaşaçılara qısa zamanda məlumat veriləcək.
Mənbə qeyd edib ki, turun ləğvinə ictimai xadimlər Lolitanın blogger Anastasiya İvleyevanın “çılpaq gecəsində” görünməsindən sonra nail olublar.
Müğənniyə qarşı bu tədbirlərin görülməsinə ən çox “Xalq çağırışı” təşkilatının nümayəndələri fəallıq göstərib.
“Şot”un yazdığına görə, bəzi şəhərlərdə yerli sakinlərdən şikayətlər daxil olub.
Əvvəllər sənətçinin Permdəki konserti ləğv edilmişdi.
Bundan əvvəl sənətçinin Moskva vilayətinin bir sıra şəhərlərində şousunun ləğvi barədə məlumat yayılmışdı.
Nazlı