Vurulan peyvəndlərin keyfiyyət fərqi varmı? AYDINLIQ GƏTİRİLDİ

13 Fevral 2024 16:48 (UTC+04:00)

Elə peyvəndlər var ki, onlar dövlətdə və özəl klinikalarda eynidir. Məsələn, buna pinamaniyanın peyvəndi olan pnevmakok da həm dövlətdə, həm də özəldə eynidir”. Bunu SİA-ya açıqlamasında həkim-pediatr Amaliya Muradova deyib.

A.Muradova qeyd edib ki, orada fərqlilik, sadəcə, el arasında AKDS kimi tanınan peyvəndədir ki, dövlət klinikasında bunun tərkibində 5 ədəd infeksiyanın vaksini var, lakin özəl klinikalarda isə 6 ədəddir: “Həm də onlarda olan AKDS-də göy öskürək vaksini özəldə asellülardır (hexaxim), dövlətdə isə sellülar( Penta).

Hexaximin tərkibində göy öskürək, difteriya, tetanoz, haemophilus infection, hepatit B, poliomielt və dövlətdə olanda isə onda poliomielt yoxdur, onu ayrıca edirik. Pentanın tərkibindən göy öskürək, difteriya, hepatit B, haemophilus infection, tetanoz var”.