AMEA-da 5 nəfər işdən çıxarıldı - FOTOLAR

13 Fevral 2024 11:34 (UTC+04:00)

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb. SİA xəbər verir ki, bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub.

Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər.

Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.