“Ceremux” mineral suyu hara, "uksus" hara..?

13 Fevral 2024 00:21 (UTC+04:00)

…Şimali Osetiyada paytaxt Vladiqafqaz sakini mağazadan bir şüşə “Ceremux” mineral suyu alıb və sonradan onun sirkə (el arasında "uksus" da deyilir-A.B.) mahiyyəti ilə doldurulduğu məlum olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qida borusundan ağır yanıq zədəsi alan sakin paytaxt xəstəxanalarından birinə, sonra isə xəstəxanaya yerləşdirilib.

Maraqlıdır, sirkə dolu şüşə “Ceremux” mineral su arasına necə düşə bilər?

Qeyd edək ki, Şimali Osetiya polisi artıq bir partiya mineral suyu müsadirə edib. Daxili İşlər Nazirliyi hazırda hadisənin baş vermə şəraitini müəyyənləşdirir və ələ keçirilən partiya tezliklə ekspertizaya göndəriləcək.

Nazlı