Bakıda yeni velosiped yolları salınır - FOTOLAR

12 Fevral 2024 17:06 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. SİA bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.