SON DƏQİQƏ! Uşaqları daşıyan avtobus qəzaya düşüb - xəsarət alanlar var-FOTO

12 Fevral 2024 16:56 (UTC+04:00)

Rusiyanın Pskov vilayətində uşaqların olduğu avtobus yük maşını ilə toqquşub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Qeyd olunub ki, uşaqları məktəbdən ekskursiyaya aparıblar.

Yük maşını ilə toqquşmadan yayınmağa çalışan avtobusun sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı xəndəyə salıb.