Sumqayıtda 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb

12 Fevral 2024 15:41 (UTC+04:00)

Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb. SİA xəbər verir ki, meyit Ceyranbatan bağlar ərazisində aşkarlanıb.

1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğluna məxsus meyit aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.