Qəzzaya hücumlarda ölənlərin sayı 28 min 340-a yüksəlib
12 Fevral 2024 14:04 (UTC+04:00)
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı son 10 gündə 1102 nəfər artaraq 28 min 340 nəfərə, yaralıların sayı isə 67 min 984 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin artacağı istisna deyil.