“Qırmızı Körpü”də 150 yük maşını gözləyir

12 Fevral 2024 13:35 (UTC+04:00)

Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 yük avtomobili gözləyir. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 42, "Mazımqara" gömrük postunda 35, "Astara" gömrük postunda 148, "Biləsuvar" gömrük postunda 75, “Xanoba” gömrük postunda 5 yük avtomobili var.