Dövlət Agentliyinə sözçü təyin edildi

12 Fevral 2024 13:28 (UTC+04:00)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunda yeni təyinat olub. SİA xəbər verir ki, Azər Teymurlu Agentliyin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı – sözçüsü təyin edilib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə yaradılıb.