30 iyun? Yoxsa 14 fevral? ARAŞDIRMA

12 Fevral 2024 16:40 (UTC+04:00)

Müqəddəs Valentin Günü bir çox ölkədə, o cümlədən əsasən qərb cəmiyyətlərində 14 fevralda qeyd olunur. SİA xəbər verir ki, bu gün bəziləri üçün xristianların xatirə bayramıdır.
Bəzilərinə görə, bu, “Sevgi qeyd etmə” günü çərçivəsində dünyəvi bir hadisədir. Sevgililər Günü adını 3-cü əsrdə Roma İmperiyasında yaşayan Xristianlara, xüsusən də gənc sevgililərə qarşı zülmkar qanunlara qarşı çıxdıqları üçün yaşayıb vəfat edən Valentin və ya Valentin adlı bir və ya bir neçə müqəddəsdən alır. Valentinin ölümü Roma İmperiyasının xristianlaşması zamanı və sonrakı illərdə simvolik xarakter aldı. Sonralar Valentin xarakteri romantik sevgi ilə əlaqələndirilərək dünya miqyasında əhəmiyyət qazandı.

Azərbaycana gəldiyi ilk illərdə 14 fevral əgər mübahisəsiz şəkildə, əsasən də gənclər, yeniyetmələr tərəfindən qeyd olunurdusa, sonradan mübahisəli, zidiyyətli xarakter almağa başladı. Bu günün bayram əhval-ruhiyyəsi ilə qeyd edilməsinin əleyhinə olanların arqumentlərini də əsaslı saymaq olar. Bu, bizim xalqın tarixinə, dininə, ənənələrinə bağlı hadisə deyil.

Bəs Valentin kimdir?

Valentin Romada rahiblərdən biri olub. Həmin keşiş imperatorun qadağan etdiyi halda, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş. İmperator da onun bu hərəkətlərindən xəbər tutur və onu zindana atdırır. Valentini 14 fevralda döydürərək, öldürtdürür.

Qeyd edek ki, onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutmayın”, “Sizi sevirəm” deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü məlumatını şübhə altına alır və onun haqqında söylənən “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır. Papa Gelasius tərəfindən 496-cı ildə "Lupercalia" bayramının adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Lupercalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.

Milad olaraq bilinən Hz. İsanın doğum tarixinin dekabr olduğuna dair nə rəsmi arxeoloji, nə də xroniki dəlil yoxdur, lakin onun bu ayda qeyd olunmasının səbəbi; Yenə bir vaxtlar günəş tanrısı üçün keçirilən bütpərəst bayramını əvəz etdi: Roma mifologiyasına görə “Sol İnvictus” günlər uzandıqca gücünü bərpa edən günəş tanrısıdır. Beləliklə, Roma mədəniyyətindəki bütpərəst təsirləri aradan qaldırmaq üçün 14 fevral tarixinin xristian mədəniyyətinə yaxın bir hadisə ilə əvəzləndiyini desək, yanılmarıq.

2012-ci ildə “The Guardian” jurnalında dərc olunmuş məqalədə Sevgililər Günü dünyada ən çox satılan kart satışı üzrə ikinci bayram (birincisi Milad bayramı) kimi göstərilib və dünyada 151 milyondan çox kart alınıb. Bundan əlavə, müsəlman dünyasında bir çox insanlar bu günü qeyd etməyi məqsədəuyğun hesab etmirlər, çünki bu, müstəmləkə keçmişinin ağrılı bir xatırlatması və ya "qərb mədəniyyətinin" təlqini kimi qəbul edilir. Bununla belə, Sevgililər Günü müasir dünyada xristian günü hesab olunmasa da, onun tarixinin xristian tarixinə dərin kök saldığı bir həqiqətdir. Nəticə olaraq, siz sevginin yalnız bir gündə qeyd olunmasını dəstəkləyə bilərsiniz və ya olmaya da bilərsiniz, lakin əgər Valentin xarakteri həqiqətən mövcud idisə, bu gün ən azı əsrlər boyu davam edən qurbanlıq hekayəsi ilə xatırlanmağa layiqdir.

14 Fevraldan əvvəl, demək olar ki, bütün ölkələrdə hər il bəzi bayram temalı hədiyyələr verilir; açıqcalar, qızılgüllər və ürək formalı şarlar həm mağazaların vitrinlərini, həm də küçə satıcılarının səkilərini doldurur. O qədər ki, “Sevgililər Günü” ötən əsrlərdə Avropa tarixində anonimlik kölgəsi ilə yüksəldi. Avropa mədəniyyətinin yayılması və rəqəmsal medianın gücü ilə dünyanın müxtəlif yerlərində kütlələri özünə cəlb etməyi bacarıb.

Sevgililər Günü ölkələrdə necə qeyd olunur?

Azərbaycanda “Valentin Günü “kütləvi şəkildə qeyd edilmir. Amma qeyd edənlərin də sayı az deyil. Paytaxtın bəzi kafelərində, gül dükanlarında, küçə ticarətçilərinin piştaxtasında sevgi payı olan əlvan çiçəklər, müxtəlif suvenirlər alanlara rast gəlmək olur.

İngiltərədə subay qızlar səhər tezdən oyanırlar və qarşılarına çıxan ilk kişi onların qisməti olacaq deyə düşünürlər. Ən populyar hədiyyə ürək şəkilli şirnilər, Britaniyada xüsusilə sevilən teddi ayıcıqları və valentinka-açıqcalar hesab edilir.

Koreya və Yaponiyada həmişə qadınlar sevgilərini göstərmək üçün sevgililərinə, ailə üzvlərinə və iş yoldaşlarına şokolad alırlar. Amma qadınlar üçün narahat olmağa dəyməz çünki bir ay sonra martın 14-də qeyd olunan “Ağ Gündə” zəhmətlərinə görə tortlar, şokoladlar və çiçəklərlə mükafatlandırılırlar.

İslandiyada Odinin oğlu - Valinin şərəfinə tonqallar yandırılır. Lakin bütün dünyada olduğu kimi bu bayram böyük sevginin nişanəsidir. Qızlar oğlanların boynuna kiçik kömür parçası, oğlanlar isə qızların boynuna balaca daşlar asırlar.

Almaniyada qadın nəzakətlə kişiyə yaxınlaşıb ondan onunla evlənməsini istəyə bilər. Rədd cavabı aldığı təqdirdə, kişi həmin qadına ipək don almalıdır.

İspaniyada bu bayram may ayının 1-i qeyd edilir. Fevralın 14-ü isə kişilər sevdikləri qadına yalnız gül hədiyyə edirlər.

Braziliyada Sevgililər Gününü qeyd etmək həm də böyük karnavalda iştirak etmək deməkdir. Hər il fevral və mart aylarında davam edən karnavallar Sevgililər Gününə təsadüf etməyə davam edir. Bununla belə, bölgədə yerli Sevgililər Günü, "Dia dos enamorados" və ya "Aşiqlər Günü" iyunun 12-də qeyd olunur. Braziliyalılar ənənəvi olaraq şokolad, çiçək və ya kart kimi əşyalar mübadiləsini xoşlayırlar. Bu gün şəhər və qəsəbələrdə təşkil olunan musiqili tamaşalarda da ailələr, sevgililər bir araya gəlir. Evliliyin hamisini xatırladan “Müqəddəs Antoni Günü” də Braziliyada qeyd olunan özəl günlər sırasındadır. Bu günlərdə subaylar tərəfdaş tapmaq üçün müxtəlif rituallar həyata keçirirlər.

Almaniyada Sevgililər Günü tamamilə böyüklər üçündür. Bu gün böyüklər bir-birinə donuz şəkilli hədiyyələr və donuz formalı zəncəfilli çərəzlər verirlər. Əyləncəli, romantik və ya mənasız olduğuna qərar verməyi sizin ixtiyarınıza buraxırıq.

Meksikada bu bayramı sadəcə sevgililər yox həmdə dostlar arasında da olur. Küçələr şarlar, təmtəraqlı oyuncaqlar və sevimli hədiyyələrlə dolu olur; Bu həm də platonik sevginin qarşı tərəfə hisslərinizi ifadə etmək üçün fürsət günü hesab olunur.

30 iyun

1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.

Belə ki, həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. Fərizə sevgilisinin fotolarını varaqladı, son olaraq kağız üzərində belə yazdı: “Mən onsuz yaşaya bilmərəm. Siz məni...” Burada sözləri qırıldı və əbədi sevgi dolu ölüm stəkanını başına çəkərək bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumdu. 2003-ci ildən bəri onların toy günü - 30 iyun Azərbaycanda qeyri-rəsmi olaraq “Sevgililər günü” kimi yaddaşlara yazıldı. 30 iyun ölkəmizdə xüsusi olaraq qeyd edilir. Sevgililər, nişanlı gənclər, evli cütlüklər bir-birini təbrik edir, hədiyyələr alırlar.