DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/#
Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura keçmişdir.
Təranə həkim 1992-2009-cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində pediatr-neonatoloq-reanimatoloq kimi çalışmışdır. O, 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında çalışmış, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində pediatr-neonatoloq-reanimatoloq kimi fəaliyyət göstərir.
Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda, təkmilləşdirmə kurslarında müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. Belə ki, Təranə həkim 2009-cu ildə Avstriyada Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada “Medical University of Graz” tibb müəssisəsinin Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində təkmilləşdirmə kursunda iştirak etmişdir.
Təranə həkim 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtaliya-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada Spandau LKH-də neonatoloji intensiv terapiya kursunda, 2022-ci ildə Şimali Kipr Respublikasının Lefkoşa şəhərində İstanbul Sağlık Bilimleri İnstitutunun təşkilatçılığı ilə keçirilən “Yenidoğulmuşa nəfəs almağa yardım etmə” simpoziumunda və digər beynəlxalq tədbirlərdə iştirak etmiş və 2023-cü ildə ATU-nun Tədris Terapevtik Klinikasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Pediatriyaya müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfransda “İnfantil kolik” mövzusunda elmi təqdimatla çıxış edib. O, Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə komissiyasının üzvüdür.
Dr. Təranə Göyüşovanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.
(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118
#TəranəGöyüşova #pedaitr #neonatoloq
#Həkimlərimizitanıyın #rubrika #Azərbaycan
#MərkəziGömrükHospitalı #CentralCustomsHospital