80 yaşlı De Niro 10 aylıq qızı ilə fotosunu paylaşdı

12 Fevral 2024 06:50 (UTC+04:00)

Dünyaca məşhur aktyor Robert De Niro 10 aylıq qızı Gia ilə fotosunu paylaşıb. SİA xəbər verir ki, 80 yaşlı aktyor qızının öz uşaqlığına bənzədiyini deyib. O, bildirib ki, övladları və nəvələri də Gianı çox sevir.

Qeyd edək ki, 2 dəfə ailə həyatı quran aktyor 7 övlad atasıdır. Onun 1-ci övladı 56 yaşında ikən, 7-ci övladı isə 10 aylıqdır. Gia Robertin 47 yaşlı sevgilisi Tifani Çen ilə münasibətindən dünyaya gəlib.