Qaraciyərə zərər verə bilən təkcə spirtdən sui-istifadə deyil. SİA “Focus” nəşrinə istinadən qaraciyərdə ciddi nəticələrə səbəb ola biləcək üç zərərsiz vərdişin adını çəkib.
Meyvələr
Böyük miqdarda meyvə istehlakı qaraciyər problemlərinə səbəb ola bilər. Müxtəlif tədqiqatlar göstərir ki, fruktoza yağlı orqan xəstəlikləri riskini artırır. Bir çox insanlar sağlamlıqları üçün yağ və karbohidratlardan qaçırlar, lakin hər kəs qidalardakı monosaxaridin miqdarına diqqət yetirmir. Məsələn, 100 qram almada 100 mililitr sodadan daha çox fruktoza var.
Dərmanlar
Qaraciyər dərmanlardan çox təsirlənə bilər. Dərman qəbul etdikdən sonra insan özünü yorğun hiss edirsə, iştahı azalırsa və qarının yuxarı hissəsində problemlər yaranarsa, dərhal həkimə müraciət etməlisiniz.
Aşağı aktivlik
Oturaq həyat tərzi çəki problemlərinə səbəb ola bilər. Yağ təkcə dəri altında deyil, həm də orqanların ətrafında toplanır və bu, iltihaba səbəb ola bilər. Buna görə də nəşr idmanla məşğul olmağı tövsiyə edir.
Nazlı