Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə endi

9 Fevral 2024 18:26 (UTC+04:00)

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə endi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Aralarında Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) heyətini daşıyan ''Dragon'' kapsulu ABŞ-ın Florida ştatı sahillərində okeana endi.

''SpaceX'' Ax-3 heyətinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıtması prosesini canlı yayımladı.

Ax-3 heyətinin fevralın 7-də Türkiye vaxtı ilə saat 17.20-də Yerə doğru səyahəti başlayıb.

Qeyd edək ki, Alper Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.