Məşhurlara qarşı aqressiyanın təməlində nə dayanır? SOSİOLOQ FİKRİ

9 Fevral 2024 18:03 (UTC+04:00)

"Sosial ədalətsizlik. Bir həkim, 12 il oxuyur, insan taleyini ona həvalə edirlər amma dövlətdən aldığı əmək haqqı onun heç oxuduğuna dəymir.mən dövlətdən aldığını nəzərə tuturam, yəni yaşadıgı cəmiyyətin, qurumun ona verdiyi qiymətdən". Bu sözləri SİA-ya açıqlamsında sosioloq Əhməd Rəhmanov deyib.

Onun sözlərinə görə, bir futbolçu ilə həkimin gördüyü işi müqaisə etsək, faydalı iş əmsalından həkim ona üstələyər:

"Lakin istər müğənnidən, istərsə də futbolçudan cəmiyyəti idarə edənlər, yəni kapital sahibləri daha çox gəlir götürür deyə, müğənni və ya futbolçu daha zəngindir, nəyin ki ömrünü gunünü elmə sərf edən insanlar. Odur ki, bu insanlarda paxıllıq hissi yaradır ki, “Nəyə görə onun var, mənim yoxdur”. Amma bu hall cəmiyyət üçün qorxulu haldır. Çünki gənc nəsil görür ki, ömrünü, gününü xalqın rifahı üçün fəda verənə qiymət yoxdur, yəni əksinə şou əhlinə qiymət çoxdur. Bu isə cəmiyyətin deqradasiyasına aparır. Bir müddətdən sonra biz bir cəmiyyət kimi kitab oxuyan, elmə meyilli olan xalqların itaətinə düşəcəyik. Amma bir xoş hall var ki, hər bir cəmiyyətdə, toplumun öz Don Kixotu olur. Yəni itkilərə , tənələrə baxmayaraq axına qarşı çıxan. Bizim ümidimiz o kəslərdir".